Bakının Suraxanı rayonunda 34 yaşlı kişi döyülüb.
ONA xəbər verir ki, Hövsan qəsəbəsində qeydə alınmış hadisə zamanı 1985-ci il təvəllüdlü Mirazad Teymurov baş və müxtəlif bədən nahiyələrindən ciddi xəsarətalıb alıb.
Bildirilir ki, M.Teymurov 5-6 nəfər tərəfindən küt alətlə döyülüb. Ağır xəsarət alan yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. M.Teymurova başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.