Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.