İmişli rayonunda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Məmmədli kəndində qeydə alınıb.
2018-ci il təvəllüdlü Həşimova Aylin Rəvan qızı həyətdə yas mərasimi zamanı valideynlərinin nəzarətindən yayınıb, onu su nasosunun cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.