• HADİSƏ

    02:04 14 iyun 2020

İmişlidə avtomobilin vurduğu piyada xəsarət alıb

İmişli rayonunda avtomobil piyadanı vuraraq ona ağır xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhəri, H.Əliyev prospektində baş verib.

İmişli sakini, Səbuhi Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İmişli rayon Bəhramtəpə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Cəfərov Mehman Elman oğlunu vurub. Piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR