"Buta Airways"in İzmir-Bakı marşrutu üzrə reys yerinə yetirən sərnişin təyyarəsi Gəncə aeroportuna məcburi eniş edib.
APA-nın məlumatına görə, məcburi eniş sərnişinlərdən birinin halının pisləşməsi ilə (yüksək təzyiq) əlaqədar olub.
J2 9042 nömrəli aviareysi yerinə yetirən təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə uğurlu eniş edib. Göyərtədə 102 sərnişin olub.
Halı pisləşən sərnişinə təcili surətdə tibbi kömək göstərilib.
Təyyarənin yaxın dəqiqələr ərzində marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.