İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.
ONA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Kamil Zeynallının İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirləndirilməsinə dair təqdimata baxılıb.
Məhkəmə K. Zeynallı barəsində 10 sutka inzibati həbs cəzası çıxarıb.