"İdrak Liseyi"nin IX sinif şagirdi döyülüb.
ONA-nın məlumatına görə, hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Liseydən ONA-ya təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.