İki rayona yeni polis rəisi təyin edilib
  • HADİSƏ

  • 11:53 05 Aprel 2019

İki rayona yeni polis rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

ONA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

OXŞAR XƏBƏRLƏR