• HADİSƏ

    02:28 24 may 2019

İmişlidə baş verən yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 01:00 radələrində İmişli-Qaradonlu magistralında qeydə alınıb.

“VAZ 2106” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. “VAZ 2106”-da olan İmişli sakinləri, sürücü 1988-ci il təvəllüdlü Cəfərov Vasiv İbadət oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Cəfərova Həmidə və 2012-ci il təvəllüdlü Cəfərli Yusif müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR