• HADİSƏ

    17:20 28 aprel 2019

İmişlidə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Xubyarlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

İmişli rayonunun Xubyarlı kənd sakini, 1983-cü il təvəllüdlü Mustafayev Elnur Valeh oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə, Bərdə sakini, 1991-ci il təvəllüdlü Qədirov Ceyhun Şakir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər və "Mercedes"də olan sərnişin Xubtarlı kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR