• HADİSƏ

    21:53 31 mart 2019

İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb

İmişlidə baş verən qəzada sürücü xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Nurulu kəndində qeydə alınıb.

Rayonun Otuziki kənd sakini, 1978-ci il təvəllüdlü Şəmmədov Murad Tarverdi oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobil aşıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR