İmişli rayonunda silsilə oğurluqlar edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan ONA-ya verilən məlumata görə Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri axtarışda olan rayon sakini Elçin Cəfərov Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və İmişli RPŞ-nin həmin ölkəyə ezam edilən əməkdaşları ilə birgə keçirilən tədbir nəticəsində tutularaq Azərbaycana gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.