• HADİSƏ

    01:52 29 iyun 2019

İmişlidə traktorun aşdı: bir nəfər öldü, bir nəfər yaralandı

İmişli rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli-Bəhrəmtəpə magistralında traktorun aşması nəticəsində rayonun Hacıalmuradlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Lənkəran Hümmət oğlu hadisə yerində ölüb.

Traktorda olan digər Hacıalmuradlı kənd sakini, 1963-cü il təvəllüdlü Cəfərov Əlmədət Hüsən oğlu xəsarət alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR