İmişlidə körpə ölümü baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1999-cu il təvəllüdlü Nurdan Telman qızı Mürsəlova aprelin 20-də səhər saatlarında İmişli Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Sonradan körpənin səhhətində problemlər yarandığından onu təcili yardım avtomobili ilə Sabirabad Perinatal Mərkəzinə aparıblar. Körpə yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.