İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən, 1961-ci il təvəllüdlü Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı