Bu gün İndoneziyanın Sulavesi adasında 5,1 maqnitudalı zəlzələ olub.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Mərkəzi Sulavesi əyalətinin Siqi rayonundan 23 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Sunami təhlükəsi elan edilməyib.