İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Soçidə tutulub.
ONA-nın Rusiya DİN-in Krasnodar vilayəti üzrə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, həmin şəxs 2017-ci ildə Bakıda şirkətlərdən birinin marketinq şöbəsinin rəhbəri olub.
O, şirkətə məxsus 250 min ABŞ dollarını mənimsəməkdə təqsirləndirilir.
Bakıda məhkəmə onun barəsində həbsli axtarış qərarı çıxarıb və tutulması üçün interpola müraciət edib.
İnterpolun Krasnodar bölməsinin əməkdaşlarının həyat keçirdiyi tədbirlər nəticəsində Azərbaycan vətəndaşı saxlanılıb. Hazırda saxlanılan şəxsin təhvil verilməsi məsələsi həll edilir.