Göygöl rayon sakini intihara cəhd edib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Ceyhun Cümşüdov özünü asmaq istəyən zaman yaxınları tərəfindən son anda xilas edililib. Xəsarət alan C.Cümşüdov dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 48 yaşlı kişinin vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Onun özünə qəsd etmək istəməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.