• HADİSƏ

    12:15 29 aprel 2019

​​​​​​​"İntuş" ləqəbli məşhur stilist 4 il müddətinə azadlıqdan məhrum edilib

Nərimanov Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə cəlb etməkdə təqsirləndirilən "İntuş" ləqəbli stilist İntizam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə İ. Yusifov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan stilist Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib. Onun cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR