Dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verilib.
ONA-nın xəbərinə görə, şikayətə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. V. Əsgərov məhkəmədən bəraət istəyir.
İttihama görə, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. O, iş qurmaq adı ilə İran vətəndaşının 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. A.Gəncəlizadənin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan V.Əsgərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.