İranda yol-nəqliyyat hadisəsi faciəyə səbəb olub.
ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə Fars əyalətinin Fəraşbənd-Cam avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində baş verib.
“Peugeot” markalı iki avtomobil bu gün yerli vaxtla saat 18:00-də toqqusub. Zərbənin təsirindən avtomobillərin birində partlayış və yanğın baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.