Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Cəfərov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2002-ci il təvəllüdlü S.Cəfərov Bakıda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib. Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.