Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə etməkdə təqsirləndirilən sabiq polis-polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə. Ağaliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə (Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə eksperti rəy verməyə məcbur etmə) tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət keçdiyi üçün Ə.Ağamaliyevə cəza təyin edilməyib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş Ə.Allahverdiyevdir. Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini vəzifəsində işləyib.