• HADİSƏ

    04:52 3 may 2019

İşıqforun qırmızı işığında keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Avtoqəza zamanı işıqforun qırmızı işığında manevr etmək istəyən "Mercedes" markalı avtomobillə yaşıl işıqda hərəkətini davam etdirən "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, sürücülər arasında mübahisə düşüb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinin ilkin müayinəsi də "Mercedes" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında geriyə doğru dönmə əməliyyatı etdiyini üzə çıxarıb. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR