İsmayıllıda intihar hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Təbriz küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Orucəliyev Nurəddin İbrahim oğlunun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.