• HADİSƏ

    11:17 20 mart 2019

İsmayıllı sakininin evində narkotik aşkar edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, martın 19-da rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR