• HADİSƏ

    11:01 21 fevral 2019

İsmayıllı sakinlərindən silahlar götürülüb

İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın Şirvan bürosuna verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Vəng kənd sakini Tərlan Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşalülə və Qubaxəlilli kənd sakini Rövşən Zülfüqarovdan isə “İJ -18” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR