• HADİSƏ

    18:57 5 mart 2019

İsmayıllıda 70 yaşlı kişi dəm qazından boğularaq ölüb

İsmayıllıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:30 radələrində İsmayıllı şəhəri, Nizami Səmədov küçəsi 40 ünvanında qeydə alınıb. Həmin ünvanda tək yaşayan, 1949-cu il təvəllüdlü Hüseynov Hüseyn Məhəmməd oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR