İsmayıllıda avtomobil sexində heroin qəbul edən ustalar tutulub - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 10:44 25 May 2019

İsmayıllıda avtomobil sexində heroin qəbul edən ustalar tutulub - VİDEO

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər, əvvəllər məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini 47 yaşlı Xəyyam Əhmədov saxlanılıblar. Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Etibar Məmmədli

Teqlər: narkotik həbs bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR