İsmayıllıda evdən narkotik tapılıb
  • HADİSƏ

  • 13:17 21 Fevral 2019

İsmayıllıda evdən narkotik tapılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan ONA-ya verilən məlumata görə, fevralın 20-də İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış  keçirilib.  Evdən və həyətyanı sahədəki tikilidən ümumi çəkisi 1 kiloqram 480 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şahnəzər Bəşirov

Hafiz Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR