İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ONA-nın yerli bürosunun xəbərinə görə rayonun Qoşakənd kənd sakini, 1987-ci il təvəllüdlü Nurməmmədov Elnur Səməd oğlu "Ziyalılar evi" adlanan köhnə binanın söküntüsü zamanı divarın uçması nəticəsində beton plitənin altında qalıb.
Söküntü yerində fəhlə işləyən E.Nurməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov