İsmayıllı rayonunda ilansancma hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Hacıhətəmli kəndində 1958-ci il təvəllüdlü Osmanova Rahilə Seyfəddin qızı həyətyanı sahədə əkin-biçin işləri görərkən onu ilan sancıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına zəhərə qarşı zərdab vurulub. O, hazırda həkim nəzarətindədir.