• HADİSƏ

    13:40 18 mart 2019

İsmayıllıda yol qəzasında 5 nəfər xəsarət alıb

İsmayıllıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində İsmayıllı sakini, 1962-ci il təvəllüdlü Əkrəm Allahverdiyev, 1954-cü il təvəllüdlü Niyaz Qarayev, 1982-ci cil il təvəllüdlü Ramil Qarayev, Bakı sakini 1964-cü il təvəllüdlü Qadir Hüseynov və 1970-ci il təvəllüdlü Sevinc Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdıma aparılır.

Şahnəzər Bəşirov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR