• HADİSƏ

    15:20 27 aprel 2019

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Təcridxanaya gətirilən sovqatın içində marixuana aşkar edilib.

Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4-cü (quldurluq) maddələrinə əsasən təqsirli bilinirək həbs edilmiş Feyzi-zadə Ariz Mübariz oğluna dostu Gəncə şəhər sakini Fətullayev Şahin Ələkbər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanların arasında gizlədilmiş iki ədəd bükülüdə 26,5 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR