• HADİSƏ

    13:39 7 mart 2019

Bakı İstintaq Təcridxanasına heroin keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən ONA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Əhmədov Rəşad İnqilab oğluna Bakı şəhər sakini Aslanov Nazim Sübhan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan coraba xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,147 qram “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR