• HADİSƏ

    10:14 11 mart 2019

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən ONA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş bükülülərdə 0,546 qram narkotik maddə - “heroin” və 0,232 qram psixotrop maddə - “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR