JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu əfv olunub.
ONA xəbər verir ki, Prezident İlham ƏLiyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.
Qeyd edək ki, o, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum olunub.
Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.