Fevralın 1-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən əməkdar jurnalist Natiq Qocaman (Qocayev) vəfat edib.
ONA xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilir ki, indiyədək reanimasiya şöbəsində saxlanılan jurnalist komadan ayılmayıb.
Qeyd edək ki, Natiq Qocayev 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışıb.
Natiq Qocaman ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru, Mediapress İnformasiya Agentliyinin baş redaktoru olub.