• HADİSƏ

    21:42 13 aprel 2019

Kafedə dava düşüb, bıçaqlanan var

Bakının Məhəmmədli kəndində bıçaqlanma hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Agayev Əhmed Tofiq oglu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə "Güllücə" kafesi adlanan ərazidə baş verib. Yaralı dərhal 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Ona bədənin çox saylı yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR