Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq.
ONA-nın məlumatına görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev bəyanat verib.
Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir: “Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək”.