• HADİSƏ

    19:08 10 aprel 2019

"Kapitalbank”ın müştərisinin hesabından pul oğurlayan şəxs tutulub

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonu Mürtülü kənd sakinləri -Tağıyeva Qaratel Məmmədalı qızı və Əzizov Əzizxan Məhəmməd oğlu fevralın 22-də Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək "Kapitalbank”ın Kürdəmir rayon filialının qarşısında quraşdırılmış bankomatdan Q. Tağıyevə məxsus plastik kartdan 200, Ə. Əzizova məxsus kartdan isə 300 manat pulun naməlum şəxs tərəfindən çıxarılması barədə məlumat veriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratel Tağıyevaya və Əzizxan Əzizova məxsus elektron məlumat daşıyıcısından istifadə etməklə göstərilən məbləğdə pulları Şirvan şəhəri sakini, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Eminov İlqar Ağazər oğlu tərəfindən oğurlanması müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Zahid Abışov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR