• HADİSƏ

    13:32 15 aprel 2020

Karantin rejimini pozan 3 nəfər həbs edilib, 7314 nəfər cərimələnib - DİN

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

ONA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatında bildirilir ki, həmin obyekt sahiblərinin hər biri inzibati cərimələnib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib: “Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR