Keçən il dövlət sərhədindən keçərkən saxlanılan şəxslərin sayı açıqlanıb.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində “saxla” statusunda olan 5906 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq təşəbbüskar dövlət orqanlarına təhvil verilib.