Keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.