• HADİSƏ

    22:21 16 avqust 2019

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs barəsində cinayət işi başlanılıb - RƏSMİ

Bakıda bir neçə gün əvvəl keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra bıçaqlayan 1977-ci il təvəllüdlü Fədai Atakişiyev saxlanılıb.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, F.Atakişiyev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsinin tələbi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurmuş, daha sonra avtomobilindən düşərək R.Atakişiyevaya və onun anası Narın Ağayevaya bıçaqla xəsarət yetirmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR