• HADİSƏ

    15:04 3 may 2019

Kəmaləddin Heydərov Monteneqronun daxili işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 3-də Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, görüşdə Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Nazir fövqəladə halların idarə olunması sahəsində hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyini və bu məqsədlə ekspertlər səviyyəsində səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiç rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. O, ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafına toxunaraq, bu çərçivədə fövqəladə hallar üzrə məsul qurumların sıx əməkdaşlıq etməsinin vacibliyindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən birgə təlim və seminarların keçirilməsi, Monteneqro Daxili İşlər Nazirliyinin fövqəladə hallarla mübarizə sahəsində mütəxəssislərinin ixtisas səviyyəsinin artırılması üçün Azərbaycan FHN-in Akademiyasının imkanlarından istifadə və s. barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiç imzalayıblar.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR