• HADİSƏ

    12:09 8 aprel 2019

Keşlə stansiyasından oğurluq olub

Bakı şəhəri, Keşlə qəsəbəsində dəmir yol stansiyasından oğurluq etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil veriliblər.

Araşdırmalarla onların əvvəllər məhkum olunan - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR