• HADİSƏ

    00:33 1 mart 2019

Keşlədə avtomobil qatarla toqquşub

Dəmir yolunun Keşlə qəsəbəsindən keçən hissəsində qəza baş verib.

ONA-nın xəbərinə görə, Türkiyə vətəndaşı Mustafa Akın idarə etdiyi “Mitsubişi” markalı avtomobil yüksək sürətlə dəmir yolu keçid məntəqəsinə yaxınlaşıb.

Dəmir yolu keçid məntəqəsində şlaqbaum bağlı olub. Lakin buna baxmayaraq avtomobil sürücüsü şlaqbaumun sağ tərəfində olan boşluqdan istifadə edib nəqliyyat vasitəsini dəmir yoluna yönəldib.

Bu zaman dəmir yolu ilə hərəkət edən yük qatarı avtomobil ilə toqquşub. Nəticədə sərnişin yerində əyləşən qadın ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb.

Hadisə yerinə Dəmir yolu nəqliyyatında polis idarəsinin əməkdaşları cəlb olunub. Maşinist, mühəndis və avtomobil sürücüsü izahat vermək üçün polis bölməsinə aparılıblar.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR