Şirvanda intihar etmək məqsədilə kimyəvi maddə içən şəxs dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 34 yaşlı Fuad Tağıyevin yerləşdirildiyi Şirvan xəstəxanasında həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar istintaq araşdırmaları aparılır.
***
Saat 18:43
Şirvan sakini kimyəvi maddə içərək intihara cəhd edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1987-ci il təvəllüdlü Tağıyev Fuad Daxıl oğlu kimyəvi maddə içərək intihara cəhd edib.
O ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.