• HADİSƏ

    13:02 4 aprel 2019

Kiyev-Bakı aviareysi ilə gələn şəxsdən güclü təsiredici həblər aşkarlanıb - FOTO

Bakı Hava Limanında Kiyev-Bakı aviareysi ilə gələn şəxsdən 56 ədəd "Lirika 75 mq Preqabalin" kapsulu aşkar edilib.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan rentgen aparatından keçəndə monitorda şübhəli əşyaların təsviri əks olunub. Vətəndaş gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus qara çantanın içərisindəki şəxsi geyim əşyalarının arasında qara sellofana bükülü, üzərində "Lirika 75 mq Preqabalin" sözləri yazılan 56 ədəd ağ-qırmızı rəngli kapsul aşkar edilib.

Qeyd edək ki, Preqabalin "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR